Logo

Deputat kənd məktəbində şagirdlərə “Həyat bilgisi”ndən dərs keçdi

16.02.2021 17:25 650 baxış
IMG

“Biləsuvar rayonu Ağayrı kəndində, şəhid Nuri Xəyal Şakir oğlunun ailəsinə baş çəkib geri dönərkən yolüstü orta məktəbdə də oldum. Məktəb qəzalı vəziyyətdədir və parlamentdə büdcə müzakirələri zamanı da səsləndirdiyim yenidən tikilməsi vacib olan 7 məktəbdən biridir”.

 

Bunu deputat Bəhruz Məhərrəmov deyib. Deputat 9-cu siniflərə “Həyat bilgisi” fənnindən dərs keçdiyini də bildirib:

 

“Təhsil ocağında olarkən, təsadüfən 9-cu sinifdə "Həyat bilgisi" fənnindən "Hüquqlarımız beynəlxalq səviyyədə qorunur" mövzusunun keçildiyini öyrəndim. Alim kimi ixtisas sahəm olduğu üçün rayon Təhsil şöbəsi və məktəbin direktorunun razılığı, fənn müəllimi Cavad Səlimovun icazəsi əsasında dərsi mən apardım. Dərsin ilk dəqiqələrində şagirdlərlə qısa tanışlıq zamanı onların dövlət, vətən sevgisi, planları məni qürurlandırdı. Təbii ki, bir dərsin uğurundan danışmaq sadəlövhlük olar, lakin inanıram ki, görümüzün özü şagirdlərdə müəyyən mənada müsbət iz buraxdı. Ən azından, 2 şagird gələcəkdə general kimi mənimlə görüşəcəklərinə söz verdi”.

 

Cəbhə.info

Xəbər lenti