Logo

Nazirlik məlumat yaydı: dekabrın 8-dən...

06.12.2022 14:16 10321 baxış
IMG

Dekabrın 8-dən ümumi təhsil müəssisələrinə cari tədris ilində işə qəbul olmuş direktorların adaptasiya proqramına start veriləcək.

Tehsil.biz xəbər verir ki, proqram çərçivəsində “Kadr kargüzarlığının aparılması, işə qəbulun rəsmiləşdirilməsi”, “Təhsilin keyfiyyətinin artırılmasında məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Şagird nailiyyətlərinin artırılması”, “İdarəetmədə komanda fəaliyyətinin rolu və heyətin motivasiyası”, “Ümumi təhsil müəssisəsinin fəaliyyət planının hazırlanması” “Məktəbdə maliyyə məsələləri, əmək haqqı və tarifləşdirilmə cədvəllərinin hazırlanması” və digər mövzularda təlimlər keçiriləcək.

Təlimlər “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək.

Qeyd edək ki, cari tədris ilində 283 nəfər direktor vəzifəsinə təyin edilib.

Xəbər lenti