Logo

Şagirdlərin bu görüntüləri ilə bağlı rəsmi açıqlama - FOTO

06.12.2022 15:05 3635 baxış
IMG

Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlax rayonunun Xanabad kənd tam orta məktəbindən şagirdlərin sobanın ətrafında dərs oxuması ilə bağlı yayılan görüntüyə aydınlıq gətirib.

İdarədən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb:

"Xanabad kənd məktəbində müəllim tərəfindən çəkilən şəkil tənəffüs zamanı 10-cu sinif şagirdlərinin sobanın ətrafına yığışaraq növbəti dərsə hazırlaşmağını əks etdirir, yəni şəkil müsbət fonda çəkilib. Məktəb soba ilə tam təmin olunub və istiliklə bağlı heç bir problem yoxdur. Onu da qeyd edək ki, adı qeyd olunmuş məktəb Dövlət İnvestisiya Proqramına daxil edilmiş və yaxın günlərdə əsaslı təmiri nəzərdə tutulan məktəblər sırasındadır".

Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün öncə Yevlax rayonunun Xanabad kənd tam orta məktəbində şagirdlərin soba ətrafında dərs oxumaları ilə bağlı foto yayılmışdı. Görüntü sözügedən məktəbin istilik sisteminin normal olmaması ilə bağlı müzakirələrə yol açmış və qınağa səbəb olmuşdu.

Xəbər lenti