Laçın rayon 21 nömrəli tam orta məktəbin IX sinfində Ədəbiyyat fənnindən summativ qiymətləndirmə rəqəmsal formada keçirilib.
Bu barədə "Tehsil.biz"ə Şərqi Zəngəzur Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, summativ qiymətləndirmələrin rəqəmsal keçirilməsinin məqsədi təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, valideynlərə şagirdin nailiyyətini izləmə imkanlarının yaradılması, ümumi təhsil müəssisələrində kağız israfının qarşısını almaqdır.