Logo

SAF 2022 davam edir - FOTOLAR

06.12.2022 17:31 200 baxış
IMG

Dekabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakı Ekspo Mərkəzində olublar.

Tehsil.biz xəbər verir ki, qonaqlar SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan festivalı çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.

Festival çərçivəsində təşkil edilən “İnnovativ layihələr” sərgisi ilə yaxından tanış olan qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq festivalda ümumilikdə 350 komanda üzrə 1 312 nəfər iştirak edir. Onlardan 127-si 7 xarici ölkəni təmsil edir.

Qeyd edək ki, festival dekabrın 9-dək davam edəcək.

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Xəbər lenti