Logo

ADNSU-da “Secure Energy” hakatonuna start verilib

06.12.2022 22:50 411 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfdaşı olduğu “HORIZON 2020” çərçivəsində “ELECTRON” layihəsi ilə bağlı enerji provayderlərindən birinin sponsorluğu ilə “Secure Energy” hakatonuna start verib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Hakatonda ADNSU ilə yanaşı, bir neçə ali təhsil müəssisəsinin tələbələrindən 8 komanda 40 saat müddətində verilən tapşırıqları yerinə yetirəcək.

Qeyd edək ki, hakaton Azərbaycan və Avropada enerji provayderlərinin kibertəhlükəsizliyi, smart texnologiyaların tətbiqi ilə enerji şəbəkələrinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində problemlərin həllinə yönələcək. İştirakçı komandalara həllərinin hazırlanmasında Avropa və Azərbaycandan olan mentorlar dəstək göstərəcəklər. Münsiflər heyətinin qiymətləndirilməsindən sonra I, II və III yerlərin qalibləri mükafatlandırılacaq.

Xəbər lenti