Logo

"Şuşa ili"nə həsr olunmuş intellektual yarış keçirilib - FOTO

07.12.2022 10:30 531 baxış
IMG

Bakı şəhəri 244 nömrəli məktəbdə "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən 7-8-ci siniflər arasında "Şuşa ili"nə həsr olunmuş intellektual yarış keçirilib.

Tehsil.biz xəbər verir ki, yarışda ümumilikdə 8 komanda iştirak edib. 

Yarışın ilk hissəsi "Nə? Harada? Nə zaman?" formatında baş tutub. Daha sonra ilk 4 yeri tutan komanda ilə "Breyn rinq" yarışı keçirilib. Yarışın təşkil olunmasında məqsəd şagirdlərin intellektual biliklərini artırmaq, komanda ruhlarını yüksəltmək, asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaratmaqdır.

Sonda qaliblər kubok və diplomla mükafatlandırılıb.

Xəbər lenti