Logo

ADPU-da institusional akkreditasiya ilə bağlı görüşlər davam edir

07.12.2022 10:50 128 baxış
IMG

2023-cü ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) institusional akkreditasiya həyata keçiriləcək.

Tehsil.biz xəbər verir ki, bununla əlaqədar universitetin Elmi şurasında müzakirələr aparılmış və şuranın müvafiq qərarına əsasən, akkreditasiyaya hazırlıq məqsədi ilə müxtəlif struktur bölmlələrini əhatə edən təşkilat komissiyası yaradılıb.

Bundan başqa, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkilat komissiyasının üzvləri və müvafiq struktur rəhbərləri üçün akkreditasiyaya hazırlıq və universitetin özünütəhlil hesabatının hazırlanmasına dəstək məqsədi ilə müəyyən olunmuş qrafik üzrə təlimlər təşkil edilir. 

Dekabrın 5-də elmi-tədqiqat istiqaməti üzrə müvafiq struktur bölmə rəhbərləri və işçi qrupu ilə növbəti görüş təşkil edilib.

Çıxış edən universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov  institusional akkreditasiya prosesinin əhəmiyyətindən, universitetin elmi-tədqiqat strategiyasından danışmış və Elmi şurada bununla əlaqədar təqdim edilmiş təqdimatlar əsasında qəbul olunmuş qərarı yenidən diqqətə çatdırıb.

Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov özünütəhlil hesabatlarının hazırlanması zamanı istifadə olunan əsas meyarlarla iş və qiymətləndirmə prosesi haqqında məlumat vermiş və işçi qrupun müvafiq istiqamət və onlara uyğun göstəricilər ilə bağlı suallarını cavablandırmışdır. Daha sonra işçi qrup arasında müvafiq iş bölgüsü aparılmış və  cari vəziyyət müzakirə olunub.

Xəbər lenti