Dekabrın 6-da Masallı rayonu üzrə təhsil sektorunun müdiri 2022-2023-cü tədris ili üzrə Masallı rayonunun ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətə başlamış bir qrup gənc müəllimlərlə görüş keçirib.
Tehsil.biz xəbər verir ki, görüş zamanı müəllim-şagird münasibətlərinin tənzimlənməsi, müəllimlərin etik davranış qaydaları,məktəbdaxili qiymətləndirmə, sinfin idarə olunması və s. mövzularda söhbətlər aparılıb.
Daha sonra müəllimlərin təklifləri dinlənilib.