Dekabrın 6-da Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin İntellektual inkişaf şöbəsi dərnək üzvləri və şəhər məktəbliləri arasında “Şuşa ili”nə həsr olunan şahmat turniri təşkil edib.
Tehsil.biz xəbər verir ki, turnirin keçirilməsində əsas məqsəd dərnək üzvləri və məktəblilər arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək və geniş yaymaq, güclü şahmatçıları aşkar etmək, eyni zamanda məktəblilərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etmək olub.
Turnir Azərbaycan Şahmat Federasiyasının qaydalarına (AŞF) uyğun olaraq İsveçrə sistemi ilə 7 turdan ibarət olmaqla keçirilib. Oyun zamanı hər iştirakçıya 10 dəqiqə vaxt verilib.
Qeyd edək ki, turnirə şahmat dərnəyinin rəhbərləri Vasif Abdullayev və Vüqar Hüseynov nəzarət ediblər.
Sonda “Şuşa ili”nə həsr olunan şahmat turnirinin qaliblərinə – Əhməd Rəhimli (I yer), Ləman Hacıyeva (II yer), Pavle Rusadzadə (III yer) diplom, digər iştirakçılara isə fəal olduqlarına görə sertifikat təqdim olunub.