Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva və həmin sektorun məsləhətçiləri Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları və tədris işləri üzrə direktor müavinlərinin iştirakı ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə məktəblərdə təlim-tərbiyə işinin təşkili, IX sinif buraxılış imtahanı öncəsi davamlı monitorinqlərin təşkili, həmin monitorinqlərin nəticəsinə əsasən tədris prosesinin planlaşdırılması, valideyn-məktəb münasibətlərinin formalaşması, məktəbdə təşkilati mədəniyyətin formalaşmasında məktəb liderlərinin rolu, BSQ-lərin təşkili və digər məsələlər barədə danışılıb.
Sonda məktəb rəhbərlərinin sualları cavablandırılıb.