Azərbaycanın dövlət orta ixtisas təhsili müəssisələrində (kolleclər) təhsil alanlardan 20 min 895-i təqaüd alır.
"Tehsil.biz"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2022” adlı məcmuəsində əks olunub.
Rəsmi nəşrin tədris ilinin əvvəlinə olan məlumatına görə, dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 63 min 60 tələbə təhsil alır. Onlardan 38 min 840-ı qadınlardır. Ötən tədris ilində kolleclərdə çalışan müəllimlərin sayı 6 min 45 nəfər təşkil edib ki, bunun da 4 min 889-u qadınlar olub. Ümumilikdə kolleclərdə 15 elmlər doktoru, 84 fəlsəfə doktoru, 9 professor və 33 dosent dərs deyir.