Bir çox hallarda bitki və bitki mənşəli qidaları heyvan, heyvan və heyvan mənşəli qidaları isə insan yeyir.
Bəs insanı nə yeyir?!
– Dostların vəfasızlığı?
– Yarın yara xəyanəti?
– Qonşunun, qohumun laqeyd münasibəti? Axı nə?!
İnsanı didən, yeyən nədir axı?!
– Saxta üzlər, paxıl gözlər, boğazdanyuxarı sözlər?
– İntiqam, paxıllıq, kin-küdurət, qərəz, nadanlıq, tamahkarlıq...
– Və axırda da özümüz özümüzü "əmanət" edib tapşırdığımız qara torpaq?!
Deməli, insanı insan, (!) sonda da qara torpaq (!) "yeyir"...
Əsgər İsmayılov