Logo

Alimlər xərçəngin müalicəsi üçün kartofdan istifadə etməyi təklif edirlər

07.12.2022 14:35 386 baxış
IMG

Adam Mitskewicz Universitetinin bir qrup polşalı alimi, kartof və digər tərəvəzlərdən xərçəngə qarşı dərman yaratmağı təklif ediblər.

Tehsil.biz xəbər verir ki, bu barədə "Frontiers in Pharmacology” jurnalında dərc olunub.

Alimlərin fikrincə, bu tərəvəzlərin tərkibində bioloji aktiv qlikoalkaloidlər var. Bunlar müxtəlif şəkər və alkaloidləri ehtiva edən mürəkkəb üzvi birləşmələrdir. Adətən bitkilər heyvanlardan qorunmaq üçün alkaloidlər istehsal edirlər.

Tədqiqatçılar deyirlər ki, düzgün doza bir zəhəri müalicəyə çevirə bilər.

Alimlər diqqəti beş qlikoalkaloid - solanin, şakonin, solasonin, solamargin və tomatin üzərində cəmləyiblər. Onlar kartofda, pomidorda və badımcanda olur.

Onlar xərçəng hüceyrələrinin böyüməsini maneə törədir və onların ölümünə səbəb ola bilər. Kompüter simulyasiyaları göstərir ki, qlikoalkaloidlər insanlar üçün zəhərli deyil, lakin reproduktiv sistemə müəyyən təsir göstərə bilər.

"Hazırda istifadə olunan xərçəng əleyhinə dərmanları əvəz edə bilməsək belə, kombinasiya terapiyasının müalicənin effektivliyini artırması mümkündür", - alimlər təklif ediblər.

Gələcəkdə tədqiqatçılar hansı qlikoalkaloidlərin təhlükəsiz və insanlarda sınaqdan keçirilməsi üçün kifayət qədər perspektivli olduğunu müəyyən etmək üçün bir sıra heyvan təcrübələri keçirməyi planlaşdırırlar.

Xəbər lenti