Logo

DİM-də fənlər üzrə işçi qruplarının iclasları keçirilib

07.12.2022 19:31 181 baxış
IMG

Dövlət İmtahan Mərkəzində dekabrın 7-də fizika, ədəbiyyat (rus bölməsi) və rus dili (əsas xarici dil) fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, işçi qruplarının iclasında aşağıdakı gündəlik məsələlər müzakirə olunub:

– Fizika fənnindən 2022-сi ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının;

– Ədəbiyyat (rus bölməsi) fənnindən 2022-сi ildə III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının;

– Rus dili (əsas xarici dil) fənnindən isə tam (11 illik) orta  təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.

İclasların hər birində 10 test tapşırığının müzakirəsi aparılıb. Hər bir tapşırıq imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.

Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib. Test tapşırıqları abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Abituriyentlərin zəif cavablandırdığı test tapşırıqları müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaqdır.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirələr davam etdiriləcək.

Xəbər lenti