Logo

Pakistanda dərslər dayandırılır

08.12.2022 00:44 145 baxış
IMG

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində havanın çirklənməsi səbəbindən həftədə 3 gün dərslər dayandırılacaq.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyi qərar qəbul edib. Qərar növbəti əmrə qədər qüvvədə olacaq.

Məlumata görə, Lahorda hava keyfiyyət göstəricisi 212 olub ki, bu da Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi səviyyədən 32,3 dəfə çoxdur.

Xəbər lenti