Logo

“ASAN xidmət”in şöbə müdiri BDU-nun Jurnalistika fakültəsinin qonağı olub - FOTO

08.12.2022 14:11 340 baxış
IMG

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Elnur Niftəliyevin çalışdığı bütün qurumlarda fakültəni uğurlu məzun kimi təmsil etdiyini bildirib.

Elnur Niftəliyev tələbələri fəaliyyət göstərdiyi qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti ilə tanış edib, PR  sahəsində çalışmaq istəyən tələbə-jurnalistlərə tövsiyələrini verib. Eyni zamanda böhran hallarında düzgün idarəçilik qaydalarını, KİV-də PR fəaliyyətinin spesifik xüsusiyyətlərini tələbələrin diqqətinə çatdırıb.

İnteraktiv və səmimi görüş çərçivəsində qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Xəbər lenti