Logo

UFAZ-ın komandaları “Təhlükəsiz Enerji” hakatonunda qalib olub

08.12.2022 15:25 292 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “HORIZON 2020” çərçivəsində ELECTRON layihəsi ilə bağlı keçirilən “Təhlükəsiz Enerji” Hakatonu başa çatıb.

Tehsil.biz xəbər verir ki, 40 saat müddətində davam edən hakatonda ADNSU ilə yanaşı, bir neçə ali təhsil müəssisəsinin tələbələrindən ibarət 8 komanda verilən tapşırıqları yerinə yetirib.

İştirakçılar enerji böhranı və kibertəhlükəsizlik sahəsindəki problemlərə innovativ həllər təqdim etməklə bu sahənin inkişafı üçün yeni prototiplər hazırlayıblar. Hakatonun sonunda fəal iştirak edən 3 komandanın təqdim etdiyi layihə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə əsasən 3 meyar - problemin aktuallığı, problemin həllinə yaradıcı yanaşma və komanda işi əsasında aparılıb.

Münsiflər heyətinin qiymətləndirməsindən sonra Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin “Perihelion” komandası 1-ci yer, “Homelanders” komandası isə 3-cü yerin qalibi olub. II yerə isə ADNSU-nun “İnnovation” komandası çıxıb.

Sonda qalib komandalara pul mükafatı təqdim olunub.

Xəbər lenti