Logo

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

08.12.2022 16:30 405 baxış
IMG

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Turganer Azərbaycan Mətbuat Şurasında olub.

Tehsil.biz xəbər verir ki, qonağı salamlayan MŞ sədri Rəşad Məcid bu il sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirildiyini, Şuranın yeni İdarə Heyətinin seçildiyini deyib. O, rəhbərlik etdiyi qurumun üzvləri, həmçinin, komissiyaların fəaliyyəti barədə məlumat verib.

R.Məcid Mətbuat Şurasının türk dünyasının media strukturları ilə fəal əməkdaşlıq edəcəyini bildirib. O, bu baxımdan Şimali Kipr Türk Respublikasındakı jurnalist qurumları ilə də təmasların vacibliyini vurğulayıb.

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Turganer Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin üzvlərinə təbriklərini çatdırıb. Rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan mediası ilə əməkdaşlığa hər zaman böyük maraqlı göstərdiyini bildirib.

Xəbər lenti