Logo

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

08.12.2022 18:08 205 baxış
IMG

Dövlət İmtahan Mərkəzində dekabrın 8-də biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, gündəlik məsələ 5 iyun 2022-ci il tarixində ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında biologiya fənnindən,  21 may 2022-сi il tarixində III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında isə tarix fənnindən istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

Hər iki fənn üzrə iclasda 15 test tapşırığının müzakirəsi aparılıb. Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.

Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib. Test tapşırıqları abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Abituriyentlərin zəif cavablandırdığı test tapşırıqları müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaqdır.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirələr davam etdiriləcək.

Xəbər lenti