Logo

Saatlıda məktəb binası dirəyin ümidinə qalıb - FOTO

08.12.2022 18:20 916 baxış
IMG

Saatlı rayonunun Azadkənd tam orta məktəbi qəzalı vəziyyətdədir.

Tehsil.biz xəbər verir ki, məktəb binası tədris üçün yararsız hala düşüb.

Belə ki, təhsil ocağının dam örtüyü və divarlarının uçuq olması dərslərin keçirilməsini əlverişsiz edir. 

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirildi ki, sözügedən məktəbin vəziyyətindən məlumatlıdırlar:

"Həmin məktəb üçün 320 yerlik yeni binanın tikintisi nəzərdə tutulub. Məktəb ekspertizadan keçirilib, Elm və Təhsil Nazirliyi tender elan edib. Yaxın günlərdə yeni binanın inşasına başlanılacaq".

Xəbər lenti