Logo

Məktəbdə hicaba qadağa qoyula bilərmi? - Təhsil eksperti açıqladı

17.02.2021 10:59 3005 baxış
IMG

"Ölkədə heç bir qanunvericilik aktı təhsil alan şəxslərə təhsil müəssisələrinə hicabla gəlməyə qadağa qoymur".

 

Bu sözləri Tehsil.biz-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib:

 

"Bildiyimiz kimi "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir".

 

Ekspertin sözlərinə görə, məktəbin nümunəvi əsasnaməsi var dərs mühitində, tədris prossesində geyim qaydaları da həmin nümunəvi əsaslara uyğun olmalıdır.

 

"Yəni burada məktəb daxili mühit və tədris prossesinin effektiv təşkili bundan asılıdır. Hər bir məktəbin pedoqoji heyətinin məktəb pedaoqji şurasının qərarı ilə təsdiq olunan geyim forması var".

 

K.Əsədov bildirir ki, daha çox məktəb geyimi bu formalara uyğun olaraq tənzimlənir. Hər şey məktəbin daxili nizamnaməsinə uyğun olaraq məktəb daxili mühitə hesablanmalıdır və o əsasda olamlıdır.

 

"Yaxşı olar ki, hər tədris ilinin əvvəlində pedaqoji şurada məktəbli forması təstiq ediləndə hicabdan istifadə olunmuş nümunə də təstiq edilsin. Amma etiraf edək ki, dövlət ümumtəhsil məktəblərinin heç biri bunu etmir ona görə də mütəmadi olaraq hicab taxmış şagirdlərlə bağlı müəyyən narahatlıqlar yaranır. Bir daha deyirəm ki, məktəblərdə şagirdlərin hicab taxmasına heç bir məhdudiyyət, qadağa yoxdur".

 

Xatırladaq ki, ötən gün Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva hicabla gələn şagirdləri dərsə buraxmayıb. Qeyd olunur ki, məktəb direktoru bir neçə şagirdin hicabını zorla başından açaraq, yerə atıb.

Xəbər lenti