Logo

Apple istifadəçi şəkillərini skan etmək fikrindən daşınıb

08.12.2022 21:19 117 baxış
IMG

Amerikanın “Apple” şirkəti uşaqlara qarşı zorakılıq üçün istifadəçilərin fotolarını skan etmək proqramından imtina edib.

Tehsil.biz xəbər verir ki, bunu “Apple” şirkətinin baş vitse-prezidenti Kreyq Federiqi “The Wall Street Journal”a müsahibəsində deyib.

“Uşaqlara qarşı cinsi zorakılığın qarşısını almaq olar. Məhz bu nöqteyi-nəzərdən biz indi uşaqları qorumaq üçün səylərimizi yönəldirik", - deyib top menecer.

O, istifadəçi məlumatlarının təhlükəsiz saxlanmasının vacib olduğunu vurğulayıb.

“Apple” valideynlərə iMessage messencerində azyaşlı oğul və qızlarını qorumaq üçün alətlər təqdim etməklə uşaqların müdafiəsinə xüsusi diqqət yetirəcək.

WSJ müxbiri Joanna Stern ilə söhbətində Federighi, həmçinin layihədən imtinanın dolayısı ilə  iCloud-da uç-to-end məlumat şifrələməsinin tətbiqi ilə əlaqəli olduğuna diqqət çəkib.

Apple 2021-ci ildə Uşaq Cinsi İstismar Materialı (CSAM) aşkarlama sistemindən istifadə edərək, iCloud Foto qalereyalarında istifadəçilərin şəxsi şəkillərinin skan edildiyini elan etdi. Ehtimal edilirdi ki, sistemin hər bir qurğu üçün əməliyyat sisteminin yeni versiyasının buraxılması ilə şirkətin bütün qadcetlərində işləyəcək.

Bununla belə, yenilik bu insanların şəxsi həyatına təhlükə görən hüquq müdafiəçiləri və Apple qadcetlərinin istifadəçilərinin kəskin tənqidinə səbəb olub. Bundan sonra Apple sistemin istifadəsini qeyri-müəyyən müddətə təxirə salıb.

Xəbər lenti