Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 50 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, xəstəlikdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 824 691 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 399 nəfər müalicə olunaraq sağalıb, hazırda 308 aktiv xəstə var. Bu günə qədər 9 984 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 868, bu günə qədər isə ümumilikdə 7 389 9191 test icra olunub.