Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

08.12.2022 21:54 87 baxış
IMG

Azərbaycanda son sutkada 300 nəfər vaksinasiya olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 83, ikinci doza vaksinlərin sayı 38 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 150-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 924 934 olub.

Xəbər lenti