Logo

"Zəfərə Aparan İdeya” layihəsi müsabiqəsinin mükafatlandırma mərasimi olub

08.12.2022 23:24 414 baxış
IMG

Dekabrın 8-də Lənkəran şəhərində “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müssisələri üzrə müsabiqə keçirilıib.

Müsabiqənin məqsədi şagirdlərin şəxsiyyət kimi formalaşması, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, şagirdlərin intellektual inkişafının stimullaşdırılması, onlarda sərbəst düşünmə və problem həlletmə qabliyyətinin inkişaf etdirilməsi, istedadlı şagirdlərin cəmiyyətə təqdim olunmasıdır.

Mükafatlandırma mərasimində Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Axundzadə İlahə iştirak edib.

Xəbər lenti