Logo

"Məktəb direktoru, kriminal ünsür, yoxsa molla?"

08.12.2022 23:39 910 baxış
IMG

Masallı rayonu Köçəkli kənd tam orta məktəbinin direktoru molladır.

Direktor deyəndə ki, əslində 10 ildir, direktorəvəzidir. Onu rayon mərkəzində köynəyini şalvarının üstünə buraxmış, əlində təsbeh, başında araxçın və üzündə saqqal görsəniz, heç inanmazsınız ki, beləsini direktor təyin edən zehniyyət nə vaxtsa rayon təhsilinə rəhbərlik edib.

Bu molla avtomobilinin yük yerində tüfəng gəzdirdiyini söyləyir. İddia edir ki, onun direktorəvəzi olduğu məktəbə kim direktor, direktor əvəzi gəlsə və ya oranı yoxlamağa cürət etsə, vurub onu öldürəcək. Bu azmış kimi həmin məktəbə müəllimlərin mərkəzləşmiş işə qəbul müsabiqəsi daxilində heç kim təyinatla belə gələ bimir, gəlsə belə, orada sonunacan davam gətirə bilmir. Necə ki, bir neçə il əvvəl təyinatla bu məktəbə gələn iki nəfər gənc qadın müəllimə qarşı o qədər hörmətsizlik olundu ki, onların valideynləri məktəbə gəlib qızlarını hay-küy və narazılıqla oradan apardılar.

Keçən il isə məktəbə təyinat alan gənc qadın müəllimi molla-direktorəvəzi məktəbə buraxmadı. Təhsil Nazirliyinə və Rayon Təhsil Şöbəsinə meydan oxuyaraq bildirdi ki, öz doğma qızı müsabiqədən keçməsə belə, məktəbdə işləməyə daha layiqdir. Bu molla-direktorəvəzi özünü çoxdan direktor sayır.

Heç əziyyət çəkib məktəb direktorlarının mərkəzləşmiş işə qəbul müsabiqəsinə sənəd belə vermir. Axı niyə özünə əziyyət versin və müsabiqəyə qatılsın ki? Məgər, onu direktorəvəzi vəzifəsindən azad etməyə cürət edən müdir var?

Heç rayonda və ya həmin məktəbdə onun qorxusundan həmin məktəbdəki vakant direktor vəzifəsini seçməyə cürət edən müəllim belə mövcud deyil. Bəs, görəsən, Təhsil Nazirliyində 10 ildir, direktorəvəzi təyin edilən, imtahanlara belə qatılmayan bu molla-direktorəvəzini yerində oturtmağa cürət edən bir məmur da yoxdur?

Bax bu sualın cavabını bir müddət sonra hamımız biləcəyik!

Yuxarıdakı yazı "Tehsil.biz" saytına istinadən "asiya.az" saytında dərc ediləndən sonra məktəbin direktoru onun rayonda yaşayan redaktoruna zəng edib onu tüfənglə güllələyəcəyini bildirmişdi. Bu günlərdə isə bu məktəbə gələn Lənkəran-Astara Regional Təhsil İdarəsi əməkdaşlarının da hədələndiyi və hörmətsizliyə məruz qaldığı deyilir...

QEYD: Bu yazı feysbukda "Сеньор Зорро" adlı izləyici tərəfindən paylaşılıb. Bu yazı ilə bağlı istənilən tərəfin mövqəyini öyrənməyə hazırıq!

Xəbər lenti