Logo

Britaniyada 11-ci əsrə aid kral mülkü satışa çıxarılıb - FOTO

08.12.2022 23:57 346 baxış
IMG

Böyük Britaniyanın ən qədim mülklərindən biri olan və krallığın cənub-şərqindəki Surrey qraflığında yerləşən Great Tangley 11 milyon funta (təxminən 13,5 milyon dollar) satışa çıxarılıb.

Tehsil.biz “The Times”a istinadən xəbər verir ki, tarixçilərin fikrincə, mülk 11-ci əsrin əvvəllərində tikilib və Kral I Harolda (1015-1040) məxsus olub.

Daha sonra 1199-cu ildə İngiltərənin kralı olmuş və İoann Bezzemelnıy kimi tarixə düşmüş şahzadə Conun (1167-1216) mülkiyyətinə keçib. Şahzadənin əmri ilə malikanənin üzərində tikilmiş ov evi bu günə qədər gəlib çatıb.

15-ci əsrdə ov evinin binası qismən yenidən qurulub, 1582-ci ildə isə onun fasadı Tudor və Elizabet üslubunda daş panellərlə üzlənib. 1884-cü ildə görkəmli memar Filip Uebb malikanənin ərazisini genişləndirib və ona müasir görkəm verib.

20-ci əsrdə binanın iki sahibi olub, 2005-ci ildən isə malikanə Evans ailəsinə keçib. Evans ailəsi  köhnə parkın təmizlənməsi və abadlaşdırılmasını həyata keçirib.

Hazırda mülkün ərazisində həmçinin tennis kortu və süni göl də var.

Xəbər lenti