Logo

Nazirlik: "Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir"

09.12.2022 00:40 287 baxış
IMG

"Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi ilə bağlı aparılan sorğuların nəticəsi açıqlanıb".

Tehsil.biz xəbər verir ki, bunu Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Səbinə Babazadə "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində deyib.

O bildirib ki, sorğu 52 rayon üzrə 157 məktəbdə aparılıb:

"Respondentlərin 48 faizi oğlan, 52 faizi qızlar olub. 501 sinif üzrə aparılan sorğu zamanı məlum olub ki, şagirdlərin 90 faizdən çoxu sağlamlıqlarını qənaətbəxş hesab edirlər. Sorğuda iştirak edənlərin 0,4 faizi özünü bədbəxt hiss etdiyini deyib. Sorğu zamanı həmçinin məlum olub ki, şagirdlərin 5 faizi siqaret çəkir".

Xəbər lenti