Logo

İsrailin Kaye Akademik Kollecinin Tədqiqat Komitəsinin rəhbəri BDU-da mühazirə deyib

09.12.2022 10:00 292 baxış
IMG

İsrailin Kaye Akademik Kollecinin Tədqiqat Komitəsinin rəhbəri, BDU-nun Mexanika-riyaziyyat fakültəsinin məzunu, professor Mark Applebaum Universitetin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri üçün “21-ci əsrdə İsraildə təhsil. Daxildən baxış” (“Israeli education in 21st century. View from inside”) mövzusunda mühazirə deyib.

Tehsil.biz xəbər verir ki, qonaq İsrailin unikallığını qoruyan təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyası baxımından yeni, interaktiv təlim texnologiyalarından istifadənin zərurətini diqqətə çatdırıb. Müasir təhsil metodlarından istifadənin nəzəri və təcrübi məsələlərinə geniş toxunan tədqiqatçı-alim öz çıxışında İsrail və digər ölkələrdəki pedaqoji yanaşma və təlim texnologiyalarının müqayisəli analizini aparıb. Eyni zamanda təhsildə geniş tətbiq edilən struktur və funksional komponentlərin öyrənilməsi, təlim texnologiyalarının müxtəlif yaş qruplarından olan təhsilalanların psixologiyası, bacarıqları və digər faktorlar nəzərə alınmaqla tətbiqi kimi aktual problemlərin təhlilinə xüsusi diqqət yetirib.

Vurğulanıb ki, İsraildə tədris prosesinin idarə olunmasında bilikyönümlü və bacarıqyönümlü təlim texnologiyalarının özünəməxsusluğuna, yaratdığı təsirə böyük əhəmiyyət verilir.

Sonda professor Applebaum çoxsaylı sualları cavablandırıb.

Xəbər lenti