Logo

ATU-dan XƏTA: "Hərbi tibb fakültəsi 200-cü ildə yaradılıb" - FOTO

09.12.2022 12:31 715 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) rəsmi internet saytındakı məlumat çaşqınlığa səbəb olub.

Tehsil.biz xəbər verir ki, ali məktəb haqqında məlumat bölməsində qeyd olunan tarix yanlış yazılıb.

Belə ki, "Hərbi tibb fakültəsi" haqqında məlumatda 200-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən “Hərbi tibb” fakültəsinin yaradıldığı bildirilib. Halbuki bu fakültə 200-cü yox, 2000-ci deyə qeyd olunmalı idi. Bu isə oxucular tərəfindən tənqid olunub.

Bununla bağlı Azərbaycan Tibb Universiteti ilə əlaqə saxladıq. Universitetdən "Tehsil.biz"ə məlumatda texniki səhvə yol verildiyi, tezliklə aradan qaldırılacağı bildirilib.

Mərcanə Əsədova

Xəbər lenti