Logo

AƏSMA-da tələbələr üçün maarifləndirici tədbir keçirilib - FOTO

09.12.2022 13:21 316 baxış
IMG

Dekabrın 6-da Azərbaycan Əmək və Sosial Münasibətləır Akademiyasında (AƏSMA) “Sosial iş” fakültəsinin tələbələri üçün “İnsan alveri qurbanları ilə reabilitasiya işlərinin aparılması və insan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin sosial işçisi Günel Əfəndiyeva və Mərkəzin psixoloqu Ülvi Zeynalov insan alverinin mahiyyəti, aradan qaldırılması yolları, dövlət səviyyəsində insan alverinə qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat veriblər.

Tədbirin sonunda geniş müzakirələr keçirilib, maraqlı rəylər irəli sürülüb.

Xəbər lenti