Logo

Akademik Milli Dram Teatrında çalışan sənətkarlar işdən çıxarılmayıb - RƏSMİ

09.12.2022 13:30 348 baxış
IMG

"Akademik Milli Dram Teatrında çalışan sənətkarların - Xalq artistləri Ramiz Məlikin, Səidə Quliyevanın, Əli Nurun və Hacı İsmayılovun işdən çıxarılması haqqında yayılan xəbərlər doğru deyil".

Tehsil.biz xəbər verir ki, bunu Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib.

O qeyd edib ki, ötən gün bununla bağlı müxtəlif saytlara açıqlama verilib:

"Aktyorlar özləri də məsələyə aydınlıq gətiriblər ki, biz işimizi davam etdiririk. Bu sənətkarlar Azərbaycan teatrı üçün dəyərdirlər. Akademik Milli Dram Teatrında işəmuzd əməkdaşlıq yoxdur. Hər bir aktyor ştat cədvəli üzrə maaş alır. Çox təəssüf ki, sosial şəbəkə istifadəçiləri və saytlar bu yalan məlumatı hələ də tirajlayırlar, teatrın əleyhinə istifadə edirlər".

Xəbər lenti