Logo

Gömrük Akademiyası ilə Lund Universiteti arasında görüş keçirilib

09.12.2022 13:59 242 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında İsveçin Lund Universitetinin nümayəndələri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, akademiyanın rəis müavini Araz Aslanlı Şimali Avropanın ən nüfuzlu və qədim ali təhsil ocaqlarından biri-Lund Universiteti ilə xüsusi təyinatlı gənc ali təhsil müəssisəsi olan Akademiya arasında təhsil prosesinin inkişafı üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin önəmini vurğulayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən  Lund Universitetinin Beynəlxalq Regional Meneceri Babs Kunle və Beynəlxalq Marketinq Meneceri Daniel Qunnarsson təmsil etdikləri ali təhsil müəssisəsi haqqında məlumat verərək qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin perspektivlərindən bəhs ediblər.

Görüşdə hər iki ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında təqdimatlar nümayiş olunub.

Daha sonra tələbələrin Universitetlə bağlı sualları qonaqlar tərəfindən ətraflı cavablandırılıb.

Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.

Xəbər lenti