Logo

Universitetdən bloger və aktyorlarla görüşlər barədə AÇIQLAMA

09.12.2022 14:22 504 baxış
IMG

"Son günlər sosial şəbəkələrdə bəzi universitetlərdə, o cümlədən, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bloger və aktyorlarla görüşlər barədə müxtəlif fikirlər irəli sürülür".

Tehsil.biz xəbər verir ki, bu barədə Pedaqoji Universitet məlumat yayıb.

Qeyd edilib ki, hal-hazırda ADPU-da 7 tələbə təşkilatı və 10-dan çox tələbə klubu fəaliyyət göstərir:

"Universitet tələbələr tərəfindən maraq dairələrinə uyğun qonaqların dəvət olunub görüşlər keçirilməsinə qarşı çıxmır. Tələbələr asudə vaxtlarını müxtəlif tədbirlərdə, müxtəlif formada dəyərləndirirlər. Bu tədbirlər və görüşlər həm maarifləndirici, həm də əyləncə xarakteri daşıya bilər. ADPU-da yazıçılar, tarixçilər, aktyorlar, jurnalistlər, həkimlər, qazilər, şəhid ailələri, tanınmış alimlər, xarici universitetlərin mütəxəssisləri, professorları və s. kimi şəxslərlə mütəmadi  görüşlər keçirilir. Bütün bu tədbir və görüşlərlə bağlı universitetin rəsmi saytında və sosial media hesablarında məlumat ala bilərsiniz".

"Dünənki görüşdə isə Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Fuad İsgəndərov və Günel Rəhim iştirak edib. Adıçəkilən şəxslər son illərin tanınmış aktyorları, eyni zamanda gördükləri işlərlə gənclərin sevimlisinə çevirilmiş şəxslərdir", - universitetin açıqlamasında bildirilib.

Mərcanə Əsədova

Həmçinin oxuyun: Azərbaycanda təhsil müəsissəsinə "Tik-tok"çular dəvət olundu - VİDEO

Xəbər lenti