Logo

Polis məktəblilərlə görüşüb - FOTO

09.12.2022 14:40 341 baxış
IMG

Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 242 saylı tam orta məktəbdə “Azərbaycan gəncləri narkotikə yox deyir!” mövzusunda maarifləndirici görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə çıxış edən RPİ-nin rəisi, polis polkovniki Ziya Əliyev gələcəyimiz olan bu gün isə parta arxasında əyləşən yeniyetmələrə narkotiklərin mənfi fəsadları barədə geniş məlumat verib. Polis rəisi şagirdlərə narkotiklərdən uzaq durmağın, qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal müəllimlərə və polislərə məlumat verməyin vacib olduğunu bildirib.

Rayon polis idarəsi rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı Zaur İsayev bu maddələrdən istifadə edən şəxslərin qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatını itirdiyini deyib.

Çıxış edənlər narkotiklərin qarşısının alınmasında hər bir vətəndaşın fəal olmalı, bu maddələrin yayılmasına qarşı birgə mübarizə aparmalı olduqlarını diqqətə çatdırıblar.

Tədbirdə həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti