Logo

Ekspert: "Bu tiktokerlərə qrantlar ayırıb, bunu ancaq alqışlamaq olar”

09.12.2022 14:51 700 baxış
IMG

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlər arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, İKT üzrə ekspert Osman Gündüz məsələyə münasibət bildirib.

O bildirib ki, hazırda TikTok Azərbaycanın informasiya mühitində xüsusi yer tutur:

"Milyonlarla istifadəçisi var. Artıq onun üzərində bizneslər qurulur. Marketinq aləti olaraq və tanıtım üçün effektiv istifadə olunur. Baxıram ki, son zamanlar çox doğru olaraq dövlət mediası və TV-lər də bu sosial platformaya inteqrasiya edir. Belə bir anda UNEC-i, universitetləri TikTok-dan kənar tutmaq çağırışları doğru bir yanaşma olmazdı”.

O.Gündüz qeyd edib ki, hökumətdən, Elm və Təhsil Nazirliyindən, UNEC-dən və digər universitetlərdən TikTok-la bağlı bunları xahiş və tələb etməliyik:

“ - TikTok-da faydalı kontent istehsalına resurslar ayrılsın,
- Azərbaycandilli faydalı kontentin yaradılması, xüsusilə gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılmasına dəstək verilsin,
- TikTok-da təhsil yönümlü, intellektual yönümlü , vətənpərvərlik istiqamətində video resursların hazırlanması üçün qrantlar verilsin,
- TikTok-dan, onun marketinq alətlərindən startap ekosistemin, sahibkarların biznes və tanıtım üçün necə effektiv istifadə olunması ilə bağlı təlimlər keçirilsin, maarifləndirici resurslar hazırlansın,
- Bu sosial platformada zərərli və qanuna zidd kontentin yayılmasının qarşısının alınması, uşaqların informasiya təhlükəsizliyinin qorunması istiqamətində fəaliyyəıt dəstəklənsin və s.
Məsələn, müşahidə etsək ki, UNEC tiktokerlərlə bu cür görüşdən sonra öz tələbələrini də cəlb etməklə təhsil, marketinq yönümlü faydalı video resurslar hazırlamaq üçün auditoriyası geniş olan tiktokerlərə qrantlar ayırıb, bunu ancaq alqışlamaq olar”.

Xəbər lenti