Logo

Malayziya Beynəlxalq İslam Universitetinin nümayəndə heyəti İlahiyyat İnstitutunda - FOTO

09.12.2022 15:14 270 baxış
IMG

Malayziya Beynəlxalq İslam Universitetinin nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Tehsil.biz xəbər verir ki, Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov qonaqları İnstitutda görməkdən məmnun olduğunu bildirib. Ali təhsil müəssisəsi haqqında ətraflı bəhs edən M.Camalov ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına dair məsələlərə toxunub.

Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova ixtisaslar, tədris edilən fənlər haqqında bəhs edib. Bildirib ki, İnstitut xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrinin gücləndirilməsində, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsində, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsində, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasında maraqlıdır.

Malayziya Beynəlxalq İslam Universiteti Akademik idarəetmə və qəbul şöbəsinin direktor müavini, iqt.f.d. Məhəmməd İrvan ibn Ariffin və Malayziya Beynəlxalq İslam Universiteti Kommunikasiya və Təbliğat-Təşviqat İşləri üzrə İdarənin direktor köməkçisi Mohd Nizam Abdul Aziz xoş qarşılanmaya görə təşəkkürlərini bildirib, təmsil etdikləri qurum haqqında məlumat veriblər. Bildirilib ki, Malayziya Beynəlxalq İslam Universitetinin müvafiq strukturları da Aİİ ilə imzalanmış protokola uyğun olaraq əlaqələrin qurulması üçün əlindən gələni əsirgəməyəcək.

Görüş tərəflər arasında mümkün ola biləcək proqramların müzakirəsi ilə davam edib.

Daha sonra qonaqlar Aİİ-nin tələbələri ilə görüşüb.

Xəbər lenti