Logo

Oğuzda “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda ikigünlük konfrans keçirilib

09.12.2022 15:42 294 baxış
IMG

8-9 dekabr tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda ikigünlük konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, dini icma sədrləri, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan Oğuz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ayaz Ağayev rayondakı dini durum barədə ətraflı məlumat verib, dövlətin dindarlara diqqət və qayğısından bəhs edib.

Azərbaycanın dünyəvi dövlət olmaqla yanaşı, öz dini və milli-mənəvi dəyərlərinə söykənən ölkə olduğunu vurğulayan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev cəmiyyətimizdə milli və dini dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət Komitəsi sədrinin birinci müavini onu da bildirib ki, xalqımız özünün ali dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eləcə də başqa dinlərin və etnik qrupların nümayəndələri ilə dostluq və mehribanlıq şəraitində yaşayırlar.

“Hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi qanunvericiliklə müəyyən edilib. Dövlətin dini məsələlərə, eləcə də, ayrı-ayrı dini icmalara olan diqqətinin göstəricisi olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, komitənin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, həmçinin Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir”-,deyə S.Salahlı əlavə edib.
Sovet dövründə Azərbaycanda 17 məscidin olduğunu, bu gün isə ölkəmizdə 2000-dən artıq məscid, kilsə və sinaqoqun mövcudluğunu bildirən Dövlət Komitəsi sədrinin birinci müavini vurğulayıb ki, Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən, İslam mədəniyyətinə məxsus tarixi-dini abidələr, mənəvi irsimiz dövlət səviyyəsində qorunur və himayə olunur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə dini abidələrin, məscidlərin bərpası üçün gördüyü işlər ölkə rəhəbrliyinin dinimizə diqqət və qayğısının bariz nümunəsidir.

İkigünlük konfransda Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gətirilən “Şuşa 270 il” adlı sənədli filmi nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb. 

Xəbər lenti