Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilov, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova və tanınmış alim Əziz İftixarinin həmmüəllif olduqları “A Comprehensive Review of Detection Methods for SARS-CoV-2” (“SARS-CoV-2-nin identifikasiya üsullarının hərtərəfli icmalı”) adlı məqalə “Microorganisms” jurnalında dərc olunub. Scopus, SCIE (Web of Science), PubMed, PMC və digə bazalarda indekslənən “Microorganisms” jurnalının impakt faktoru 4,152-dir (2019). Məqalədə SARS-CoV-2-nin müxtəlif identifikasiya üsullarının prinsipləri, üstünlükləri və erkən, eyni zamanda sürətli aşkarlanma üçün potensial üsullar müzakirə olunub.
Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz: