Logo

Coğrafiya fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

09.12.2022 16:06 195 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, hazırlıq kursu həm əyani, həm də onlayn ­­formada keçirilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderator – Nərminə Seyfullayeva respublikanın təhsil sistemində tətbiq edilən milli və beynəlxalq qiymətləndirmə haqqında və imtahanlarda istifadə edilən tapşırıq tipləri barədə təqdimatla çıxış edib.

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kursunun üçüncü məşğələsi növbəti həftə keçiriləcək.

Xəbər lenti