Logo

Məktəbli sinif yoldaşının atası tərəfindən döyülüb? - DİN-dən AÇIQLAMA

09.12.2022 17:28 532 baxış
IMG

“Abşeron rayonu Masazır qəsəbəsi ərazisində məktəblinin sinif yoldaşının atası və digər şəxslər tərəfindən döyülməsi ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təhqiqat araşdırması aparılır”.

Tehsil.biz xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev deyib.

O bildirib ki, tərəflər polis orqanına dəvət olunmaqla izahatları alınıb:

“Hadisə zamanı alınan xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir”.

Qeyd edək ki, ötən gün yerli KİV-lərdə məktəblinin döyülməsi ilə bağlı məlumatlar yayımlanıb. Hadisə ilə bağlı danışan məktəbli sinif yoldaşının atası və yaxın qohumları tərəfindən döyüldüyünü bildirib. 

Xəbər lenti