Logo

"Bu görüşü tələbələr üçün daha faydalı etmək olardı"

09.12.2022 18:10 413 baxış
IMG

"Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlərin görüşü keçirilib. Deyilənə görə, bu tiktokerlərə qrantlar da ayırılıb".

Bunları "Tehsil.biz"ə açıqlamasında dosent İlham Əhmədov deyib.

O bildirib ki, 30 ildir, təhsil layihələrinə nə hökumət, nə də universitetlər qrant verirlər:

"Düzdür, son 1 ildə 1-2 universitet, həmçinin UNEC kiçik qrantlar verdilər, amma bunun təhsilin inkişafına nə dərəcədə faydalı olacağı hələ bəlli deyil. Yəqin nəticələri ictimaiyyətə geniş təqdim edilər. Tiktoker özü yaxşı qazanır, onun qranta ehtiyacı yoxdur, o, öz təşəbbüsü və pulu ilə də təhsilyönümlü layihə edə bilər".

İ.Əhmədovun sözlərinə görə, həmin görüşü tələbələr üçün daha faydalı etmək olardı:

"Daha yaxşı olardı ki, tanınmış alimlərlə (xarici alimlər, xaricdə işləyən azərbaycanlı alimlər, sayları çox olmayan tanınmış yerli alimlər (məs. prof. Rafiq Əliyev və s.), qlobal şirkətlərdə çalışan azərbaycanlı İT mütəxəssislərlə (canlı və ya onlayn) görüşlər keçirilərdi. Bu halda görüş tələbələrə faydalı olardı. Azərbaycanlı innovatorları, startap sahiblərini, beynəlxalq layihələrdə zəngin menecerlik təcrübəsi olan azərbaycan vətəndaşları ilə də belə görüşlər yaxşı olardı".

Mərcanə Əsədova

Xəbər lenti