Logo

Xərçəng xəstəliyindən əziyyət çəkirdi, vəfat etdi

09.12.2022 18:22 838 baxış
IMG

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Məqsudə Əliyeva dünyasını dəyişib.

"Tehsil.biz"in məlumatına görə, 57 yaşlı aktrisa Lənkəranda - yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.

O, teatrın səhnəsində bir çox tamaşalarda - “Mahmud və Məryəm”də qulluqçu qız, “Vicdanın hökmü”ndə rus qızı, “Pul dəlisi”ndə solist, “Qaraca qız”da Nərgiz, “Onun iki qabırğası”nda Qumaş kimi obrazlar yaradıb.

Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş “Günəşim ol” teleserialındakı Zərnişan obrazı olub.

Xəbər lenti