"Bildiyimiz kimi, artıq 25 gündür, payız-qış mövsümünü başlayıb və “Azəristiliktəchizat” ASC ölkəmizin 60-a yaxın şəhər və rayonunda 184 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2230 digər sosial və təsərrüfat obyektlərini istiliklə təmin edir.
Tehsil.biz xəbər verir ki, bu fikirləri "Azəristiliktəchizat"ın mətbuat katibi Elvin Basqallı bildirib.
O, son günlər bəzi KİV-lərdə Bakının Kürdəxanı qəsəbəsində yerləşən Ağdam şəhər 38, Ağdam şəhər 39, Füzuli şəhər 45 və Şuşa şəhər 7 nömrəli məktəblərdə istilik verilməməsi ilə bağlı mövcud problemə münasibət bildirib:
"Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən bilirilib ki, sözügedən məktəblərin fərdi qazanxanası yoxdur. "Qəsəbənin qazanxanasına bağlıdır. İstilik problemi də ümumilikdə qəsəbədə yaşanan problemdir. "Azəristilik" hazırda bu problemi aradan qaldırmağa çalışır. Söz veriblər ki, məsələ həllini tapacaq. Dünən həmin məktəblərə qismən istilik verilib. Amma işlər hələ davam edir”.
"Sözügedən orta məktəblərin qazanxanaları “Azəristiliktəchizat” ASC-nin balansında deyil və aydın məsələdir ki, balansımızda olmayan, bizim istismar etmədiyimiz qazanxanalarla bağlı da qurumumuz heç bir aidiyyətı yoxdur", - Elvin Basqallı vurğulayıb.
Fəqan Əzimli