Logo

BSU-nun tələbələri "Şöhrət" muzeyinə ekskursiyada iştirak ediblər

09.12.2022 19:42 270 baxış
IMG

Dekabrın 8-də Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə ekskursiya təşkil olunub.

Tehsil.biz xəbər verir ki, ekskursiyada Bakı Slavyan Universitetinin (BSU) tələbələri də iştirak ediblər.

Gənclər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanılması, əbədi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işləri, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirən eksponatlar, stendlərdə olan nadir fotoşəkillər, sənədlər və arxiv materialları ilə tanış olublar.

Dahi şəxsiyyətin örnək ömür yolunu dəyərli ekspozisiyalarla şərti olaraq dörd mərhələdə əks etdirən muzey tələbələrin böyük marağına səbəb olub.

Xəbər lenti