Logo

Kürdəmir məktəbində açıq qapı günü keçirilib

09.12.2022 20:14 371 baxış
IMG

Kürdəmir rayonu T.İslamov adına Dəyirmanlı kənd tam orta məktəbinin peşə təmayüllü siniflərində "Peşə ayı" çərçivəsində açıq qapı günü keçirilib.

Tehsil.biz xəbər verir ki, "Peşəni indidən seç!" tematik mövzulu tədbirdə "Peşə təmayüllü siniflər" layihəsinin fəaliyyəti ilə bağlı hesabat dinlənilib, daha sonra emalatxanalarla tanış olunub, ixtisaslar üzrə şagirdlərin fəaliyyətinə baxılıb.

Tədbirdə Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri, rayon ümumi təhsil müəssisələrinin rəhbərləri, IX sinif şagirdləri iştirak ediblər.

Xəbər lenti