Logo

Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib

09.12.2022 21:00 299 baxış
IMG

Dekabrın 9-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), BMT-nin Azərbaycandakı nümayəndəliyinin və  Bakı Dövlət Universiteti Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı-20 il!” mövzusunda elan edilmiş uşaq rəsm müsabiqəsində Lənkəran rayonu Girdəni kənd tam orta məktəbin VIII sinif şagirdi Abdullayeva Ayan Renad qızı III yerə layiq görülüb.

Xəbər lenti