Logo

Üç rayon üzrə məktəb rəhbərləri ilə görüş keçirilib

09.12.2022 21:54 134 baxış
IMG

Paytaxtdakı 129 nömrəli tam orta məktəbdə Nizami, Suraxanı və Sabunçu rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Nizami, Suraxanı və Sabunçu rayonları üzrə məktəb rəhbərləri iştirak edib.

Görüşdə çıxış edən Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə tədris ilinin sonunda fəaliyyətə dair təhlilin aparılmasının perspektiv addımların və növbəti tədris ilində qarşıda duran vəzifələrin müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Sektor müdiri ümumi təhsil müəssisələrinin illik və çoxillik spesifik fəaliyyət planlarının tərtibi və işlənmə mexanizmlərinin, həmçinin fəaliyyət planı üzrə hesabatların hazırlanması qaydaları haqqında məlumatları idarəetmə heyətinin diqqətinə çatdırıb.

Sonda məktəb direktorlarını maraqlandıran məsələlərə aydınlıq gətirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti