Logo

"Ali təhsil müəssisələrindən ölənlər var, basdırmaq yaddan çıxıb"

09.12.2022 22:55 698 baxış
IMG

"Ölkəmizdə ali təhsil müəssisələrinin sayı 51-dir. Onlardan 44-ü universitet, 7-si filialdır. Kollec və peşə təhsili barədə danışmaq isə boş vaxt itkisidir. Onlar heç özlərinin özlərindən xəbəri yoxdur".

Tehsil.biz xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, ali təhsilin bakalavr pilləsi üzrə 171820, magistr pilləsi üzrə 16920 tələbənin, orta ixtisas təhsili üzrə 57693 subbakalavrın təhsil alır:

"Ali təhsil müəssisəsi cəmiyyətin tələbatına uyğun yüksəkixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan, fasiləsiz təhsilin yüksək pilləsini təşkil edən bir subyektdir. Ali təhsil elm, texnika və mədəniyyətin müasir nailiyyətlərindən yaradıcı şəkildə istifadə etməklə hazırlıqyönümlü nəzəri və əməli məsələlərin həllinə imkan verən sistemləşdirilmiş bilik və təcrübi vərdişlərin məcmusudur. Ali təhsil termini ali təhsil müəssisələrində elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlanması mənasında da işlədilir".

K.Əsədov bildirib ki, hansısa tiktoker, blogger ali təhsil müəssisələrinin predmeti ola bilməz:

"Düzdür, dünyanın reytinqli bir neçə universitetində sosial şəbəkələr ilə bağlı fakültə, ixtisaslar var. Amma onlar bunu tədqiqat işlərinin aparılması üçün təşkil ediblər. Bizdə heç elm və təhsil naziri, müavinləri, aparat rəhbəri, şöbə müdirləri tədqiqat apara bilmir, qalmışdı tiktoker aparsın. Bəli, ali təhsil müəssisələri əmək bazarında uğur qazanmış şirkətləri, startapları tələbələrə təcrübələrini bölüşmək üçün dəvət edə bilər".

"Bu gün oxuyuram ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində və İqtisad Universitetində belə elmi əhəmiyyət kəsb edən görüş keçirilib. Sosial şəbəkələrdə fəaliyyət müasir çağırışları əsaslarından biridir. Amma hər kəs öz fəaliyyət sahəsinə aid olan aktivliyi və faydalı işi olanları dəvət edər, onların təcrübəsindən istifadə edər. Ümumiyyətlə, son illər bir sıra universitetlərin təhsildən kənar fəaliyyəti diqqət cəlb edir", - təhsil eksperti əlavə edib.

Mərcanə Əsədova

Xəbər lenti